Ermənistanda seçki şousu - İşıqlar “qəfildən” söndü

22:40 - 20 İyun 2021

Ermənistanda seçki şousu - İşıqlar “qəfildən” söndü

Ermənistanın bir neçə əyalətində seçki qutularının açılması və səslərin sayılmağa başlaması ilə elektrik enerjisi də kəsilib.

Manset.az xəbər verir ki, bu barədə erməni mediası sosial şəbəkə istifadəçilərinə istinadla məlumat paylaşıb.

Bildirilib ki, Loridə (Vanadzor, Spitak), Şirakda (Gümrü, Artik), Tavuşda (Dilican, Noyemberyan), Armavirdə (Metsamor, Armavir) və s. vilayətlərdə elektrik enerjisi yoxdur. İrəvanın da iki rayonunda işıqların qəfildən söndüyü iddia edilir.

Axar.az


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin