Goranboyda yol qəzası - Xəsarət alanlar var

21:30 - 28 Avqust 2023

Goranboyda yol qəzası - Xəsarət alanlar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü X.Hüseynova, 2011-ci il təvəllüdlü Z.Hüseynova, onun qardaşı, 2007-ci il təvəllüdlü Z.Hüseynov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Qəza nəticəsində daha 1 nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin