"Aİ-92" markalı benzinin qiyməti BAHALAŞDI

16:09 - 20 Sentyabr 2021

Benzinin qiymətində yenidən artım baş verib. "Aİ-95" markalı benzinin bir tonunun qiyməti 1,46% bahalaşaraq 813 ABŞ dollarına yüksəlib.

 

Manset.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının (SPIMEX) məlumatlarında qeyd olunub.

Məlumata görə, birjada "Aİ-95" markalı benzinin qiyməti avqustun 31-dən ucuzlaşsa da, sentyabrın 15-dən etibarən yenidən bahalaşmağa davam edir. "Aİ-95" markalı benzinin qiyməti sentyabrın 15-dən etibarən 2,5% bahalaşıb.

"Aİ-92" markalı benzinin bir tonun qiyməti isə 0.8% artaraq 759 ABŞ dollarına çatıb. Dizel yanacağının bir tonun qiyməti isə 0,5% artaraq 682 ABŞ dollarına yüksəlib.//margin


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin