COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
09:22 - 18 Avqust 2023
44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycanı dünyada qalib dövlət, qalib xalq kimi tanıtdı. Bu misilsiz zəfərdən sonra Azərbaycan bölgədə yalnız və yalnız sülh və əmin-amanlıq üçün mühim addımlar atdı. Lakin Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər hələ də bitmək bilmir. İşğal dönəmində erməni quldurları Azərbaycan ərazilərini talan edib dağıtdılar. Hazırda Azərbaycan işğal olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri aparır. Ölkəmiz beynəlxalq platformalarda çıxış edərək öz hüquqlarını müdafiə edir.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etməsi şanlı tariximizdə əbədi qalacaq:
“44 günlük Vətən müharibəsi dövründə bütün dünya gördü ki, Azərbaycanın necə güclü ordusu və dahi lideri var. Bütün cəbhələrdə döyüşə Ali Baş Komandan İlham Əliyev özü rəhbərlik etdi.İstər hərbi əməliyyatların keçirilməsində, istər informasiya cəbhəsində, istərsə də diplomatik müstəvidə ölkə başçısının zəhməti misilsizdir.Müharibə dövründə bütün xalqımız, eləcə də dünya azərbaycanlıları cənab prezidentin ətrafında dəmir yumruq kimi bir oldu.Ölkə başçısı Cənab İlham Əliyevin böyük əməyi və uğurlu siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad edildi”.
Millət vəkili qeyd edib ki, tarixi qələbədən sonra istər media resursları, istər vətəndaş cəmiyyəti, istər diplomatlarımız tərəfindən Ermənistanın Azərbaycana qarşı vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması üçün sona qədər mübarizə aparmalıdır.
Deputat əlavə edib ki, Beynəlxalq məhkəmələrdə ölkəmizə və xalqımıza qarşı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı artıq Azərbaycan dövləti tərəfindən məqsədyönlü işlər görülür:
“İndiyədək bütün mümkün platformalarda, rəsmi səfərlər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev hər zaman Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyəsətini xüsusi vurğulayıb. Müzəffər Ali Baş Komandan qeyd edirdi ki, əgər Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini danışıqlar yolu ilə tərk etməsələr, hərb yolu ilə öz ərazilərimizi işğaldan azad etməyimiz istisna deyil. Torpaqlarımızın 20%-i 30 il müddətində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldı. Baxmayaraq ki, Azərbaycan ərazilərini dərhal və qeyri-şərtsiz tərk etmələri üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu 4 qətnaməsinə məhəl qoymadı. Ermənistan Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu da artıq tarixin arxivinə qovuşub. Minsk qrupu sadəcə bu ərazilərə turistik səyahətlər edir və Azərbaycanı mövcud vəziyyətlə razılaşdırmağa çalışırdı. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra ilk növbədə ölkəmizin iqtisadiyyatını qurdu, paralel olaraq da güclü ordu quruculuğu istiqamətində mühim addımlar atdı. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazanmasının kökündə prezident İlham Əliyevin bu günə qədər güclü ölkə qurması, silahlı qüvvələrimizin inkişaf etdirilməsi, eyni zamanda, bütün dünyaya Azərbaycanın haqlı mübarizəsinin çatdırılması dayandı. 44 gün ərzində Müzəffər Ali baş komandar tərəfindən təsdiq olunmuş hərbi əməliyyatlar onu göstərdi ki, Azərbaycan 5-ci nəsil müharibə, ədalətli müharibə aparır. Beləki, düşmənin yalnız hərbi birləşmələrini hədəf alır”.
Cavid Osmanov hesab edir ki, uzun illər Ermənistanda Azərbaycana fobiyanın inkişaf etdirilməsi erməni nifrətinin bir sübutudur:
“30 il müddətində Ermənistan Azərbaycana qarşı Xocalı soyqırımı, Qaradağlı, Meşəli və digər misli görünməmiş vandalizm aktları həyata keçirib. Ermənistan təkcə xalqımıza qarşı etnik təmizləmə və soyqırımdan başqa işğal altında olan bütün ərazilərimizdə yaşayış məntəqələrimizə, infrastrukturumuza, ekologiyamıza qarşı vəhşiliklər törədiblər.
Bu günə kimi birinci Qarabağ müharibəsində taleyi bilinməyən 4000 nəfərə yaxın şəxs haqqında Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı mina terroru bu gün də davam etməkdədir. İşğaldan azad olunmuş ərazilərimiz dünya miqyasında minalarla çirkləndirilmiş ən təhlükəli zonalardan biri sayılır. Ermənistan 44 günlük müharibə zamanı döyüşlər gedən ərazilərdən 100 km kənarda olan Gəncəni, Bərdəni və Ağcabədini raket atəşinə tutaraq dinc sakinləri qətlə yetirdi”.
Deputatın sözlərinə görə bütün resurslarımızı səfərbər edərək erməni vəhşiliyini dünyaya çatdırırıq. Bütün bunlar artıq dünya ictimaiyyətində Ermənistanın 30 il müddətində hansı cinayətləri törətməsi baxımından aydın təsəvvür yaradır:
“Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə böyük yenidən qurma və bərpa işləri aparır. Həmin ərazilərə böyük qayıdışa dair dövlət proqramı həyata keçirilir. 30 illik həsrətlə yaşayan insanlarımız öz doğma yurd-yuvasına dönür. Onlara orda yüksək səviyyəli həyat təqdim edilir. Qayıdan insanların məşğuluğu təmin olunur. Tarixi, dini, mədəni abidələrimizin bərpası üçün ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görür. “Xocalıya Ədalət” kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kompaniyası çərçivəsində erməni vəhşiliyi nümayiş etdirilir. Bundan sonrakı mərhələdə işğaldan azad olunmuş ərazilərdə işğal muzeylərinin tikintisi həyata keçiriləcək. Bu muzeylərlə həm gələcək nəsillər, həm də buraya gələcək turistlərin tanış olması çox vacibdir. Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından işğaldan azad olunmuş Şuşa şəhərində dünyanın aparıcı beyin mərkəzlərinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərin, həmçinin, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, xarici və yerli media nümayəndələrinin, rəsmi qonaqların bu ərazilərə səfərlərinin təşkili, ”V Dünya Azərbaycanlılarının Zəfər Qurultayı”nın orada keçirilməsi çox vacib məqamlardır”.
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin