Getdiyi yas mərasimində bıçaqlandı

00:20 - 20 Sentyabr 2021

Getdiyi yas mərasimində bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masallı rayon sakini Tomarov Rais Əzizağa oğlu Kürdəmir rayonuna yas mərasimində iştirak edən zaman rayonun Xınıslı kənd sakini Azaylı Bilal Ayadxan oğlu tərəfindən bıçaqlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisəni törədən B.Azaylı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin