ABŞ-da hərbi təyyarə qəzaya uğradı - Xəsarət alanlar var

23:41 - 19 Sentyabr 2021

ABŞ-da hərbi təyyarə qəzaya uğradı - Xəsarət alanlar var

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Manset.az xəbər verir ki, bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin tvitterdəki səhifəsində bildirilir.

Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər (bəzi mənbələrə görə, üç nəfər-red) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin