Rusiyada Dumaya seçkilər başa çatdı

21:11 - 19 Sentyabr 2021

Rusiyada Dumaya seçkilər başa çatdı

Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.

Manset.az-ın məlumatına görə, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.

Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib. Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilir, onlayn səsvermədə iştirak 95 % olub.

"Onlayn seçicilərin sayı 2 014 765 nəfərdir. Seçkilərdə 1 913 304 bülleten verilib. Seçkilərdə iştirak 95 %-dir", - xəbərdə deyilir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin