Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxıldı

20:47 - 19 Sentyabr 2021

Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxıldı

Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Manset.az-ın məlumatına görə, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib.

Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının pəncərəni silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.(report)


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin