Bakıda və Qaxda ev yandı

15:45 - 19 Sentyabr 2021 - HADİSƏ

Qax rayonunun Əmircan kəndində ümumi sahəsi 392 m² olan ikimərtəbəli (hər mərtəbəsi 196 m²) evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 8 m² sahədə, dam örtüyü 196 m² sahədə yanıb.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Loading...

Xəbər xətti

17 Oktyabr 2021