Makron Baydenlə bu məsələ ilə bağlı danışıqlar aparacaq

14:31 - 19 Sentyabr 2021

Makron Baydenlə bu məsələ ilə bağlı danışıqlar aparacaq

Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Cozef Bayden tərəfindən

Manset.az xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal BFM telekanalının efirində məlumat verib.

Hökumət sözçüsü bildirib ki, Cozef Bayden vəziyyəti müzakirə etmək üçün Emmanuel Makrona müraciət edib.

Danışıqlar bir neçə gün ərzində baş tutacaq.

Söhbət 12 sualtı qayığın inşasına dair Avstraliyanın Fransa ilə imzaladığı müqavilənin ləğvindən gedir. Sənəd 2016-cı ildə imzalanıb və 50 milyard Avstraliya dolları dəyərindədir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin