Putin Bayden görüşünə çəkilən xərc Açıqlandı - ŞOK RƏQƏM

08:48 - 19 Sentyabr 2021

Putin Bayden görüşünə çəkilən xərc Açıqlandı - ŞOK RƏQƏM

İsveçrənin Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Baydenin görüşünü təşkil etmək üçün çəkdiyi xərcin həcmi açıqlanıb.

Manset.az xəbər verir ki, bu barədə məlumatı Cenevrə vilayətinin yerli rəhbərliyinin Mətbuat katibi Emmanuel Kueno açıqlayıb.

Onun sözlərinə görə, iyun ayında hər iki ölkə liderinin Cenevrə şəhərində keçirilən görüşünün təşkilinə təqribən 10 milyon dollar xərclənib. 

Bununla yanaşı, Kueno bildirib ki, hələ hesablamalar davam edir və sözügedən məbləğ 10-15% arta bilər. 

Qeyd edək ki, Putin-Bayden görüşü iyun ayında Cenevrədə La-Qranj villasında baş tutub. Bu zaman Prezidentlər həm az sayda, həm də geniş sayda heyətlərlə görüş təşkil ediblər. Ümumilikdə isə fasilə də daxil olmaqla görüş təqribən 3 saat yarım davam etmişdi.//ölke.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin