Bakıda 26 yaşlı oğlan bıçaqlandı

08:36 - 19 Sentyabr 2021

Bakıda 26 yaşlı oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(report)


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin