Avropada qazın qiyməti artdı

12:42 - 21 Avqust 2023

Avropada qazın qiyməti artdı

Avropada qazın qiyməti 1000 kub metrə görə 480 dollara qədər artıb.

 

Manset.az xəbər verir ki, bu barədə Londonun “ICE” birjasının məlumatlarında yer alıb.

Bununla da günün əvvəlindən qiymət artımı təqribən 16% təşkil edib. 

“Bloomberg” agentliyinin məlumatına görə, qiymət artımı Avstraliyada sıxılmış təbii qaz istehsalı üzrə zavodun işçilərinin tətil elan etməyə hazırlaşması ilə bağlıdır. Məlumata görə, zavod rəhbərliyi sözügedən işçilərin maaşlarını artırmazsa onlar avqustun 23-ü tətil elan edəcək. Bildirilir ki, zavod işçiləri işə çıxmazsa bu dünya üzrə sıxılmış təbii qaz tədarükünə mənfi təsir edəcək.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin