"TƏBİB"in yeni rəhbəri onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

21:11 - 18 Sentyabr 2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Manset.az-a Fariz Babayev özü məlumat verib.

O, bildirib ki, bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Vüqar Qurbanov sentyabrın 16-da imzalayıb.

TƏBİB sədrinin əmri ilə bununla bağlı digər məsələlərin həlli “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin