Qırıcı təyyarələrimiz Türkiyədə uçuşlar keçirəcək

17:49 - 18 Sentyabr 2021 - DÜNYA

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən Manşet.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.


Loading...

Xəbər xətti

26 Oktyabr 2021