"Ticarət ancaq mal alıb-satmaq deyil"- Ərdoğan

17:08 - 18 Sentyabr 2021

\"Ticarət ancaq mal alıb-satmaq deyil\"- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edib.

Bu barədə Manşet.az "Habertürk"ə istinadən xəbər verir.

Dövlət başçısı hər zaman ixracatçıların yanında olduğunu deyib: "Ticarət ancaq mal alıb-satmaq deyil. İxracatçılarımız ticarətlə birlikdə mədəni əlaqələrimizin ən vacib təmsilçiləridirlər".

R.T.Ərdoğan bildirib ki, 17 ölkəyə olan ixracat həcminin 81,5 milyard dollara çatdırmaq əsas prioritetlərdəndir.

                                                            
                                                             

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az