Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıtdı

16:28 - 18 Sentyabr 2021

Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıtdı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb.

Bu barədə Manşet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin