Bakıda iki maşın toqquşması piyadanın ölümünə səbəb oldu

16:16 - 18 Sentyabr 2021 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Manşet.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Vaz-21015" markalı maşınla "Kia" markalı avtomobil toqquşub. Bu zaman avtomobillərdən biri iki piyadaya dəyib, onlardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

Maşında olan sərnişinlərdən birinin də xəsarət aldığı bildirilir.


Loading...

Xəbər xətti

17 Oktyabr 2021