AZAL Cenevrəyə uçuşları bərpa edir

18:37 - 18 Avqust 2023

AZAL Cenevrəyə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.

 

Manset.az  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir.

Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin