Müğənni Nua Suri maraqlı açıqlaması ilə gündəmə gəlib.
Manşet.az xəbər verir ki, "Özəl" proqramına qonaq olan sənətçi orta məktəb illərindən danışıb. Suri təhsil aldığı müddətdə texniki fənnləri sevmədiyini və onları oxumadığı üçün zəif qiymətlər aldığını bildirib:
"Attestatımda qiymətlərim “3”, “4”, “5”-dir. Əgər baxsanız çox gülərsiniz. Çünki "Azərbaycan dili", "Ədəbiyyat", "Tarix" kimi humanitar fənnlərdən "5" alırdım. Amma texniki fənnlər yəni "Həndəsə", "Cəbr" bunlardan aldığım qiymətlər "3" idi. O qiyməti də necə və hansı əsasla yazırdılar bilmirəm. Oxuduğum illərdə elə dərslər var idi ki, mən orada iştirak etmirdim. "Həndəsə" dərsindən heç nə anlamırdım, beynim qəbul etmirdi. Nə vaxt ki, "Həndəsə" dərsi olurdu, biabır olmamaq üçün sinfə girmirdim. Gedib kitabxanada otururdum”.