Talibandan qadınlarla bağlı yeni qərar: əxlaq nazirliyi yaradıldı

15:23 - 18 Sentyabr 2021

Talibandan qadınlarla bağlı yeni qərar: əxlaq nazirliyi yaradıldı

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qadınlarla bağlı daha bir qərar qəbul edib.

Manşet.az xəbər verir ki, Taliban Qadın nazirliyinin adını dəyişərək "Fəzilətin təşviqi və əxlaqsızlığın qarşısının alınması" nazirliyi edib.

Nazirliyin binasına yeni lövhə vurulub, qadınlar işdən çıxarılıb, lakin hələlik bu barədə Taliban tərəfindən rəsmi açıqlama verilməyib.

Hakimiyyəti ələ keçirdikdən sonra qadınlarla bağlı müsbət mesajlar verməyə çalışan Talibanın açıqlamaları reallığın heç də deyildiyi kimi olmadığını göstərir. 

Taliban hökumətdə qadın nazirlərə yer ayırmayaraq qadınların “dünyaya uşaq gətirməsi gərəkdiyi” ilə bağlı açıqlamalar vermişdi.

Qadınlara idmanın qadağan edilməsi, həmçinin məktəblərdə qadınarla kişilərin dərs alacağı siniflərin ayrılmasından sonra sonuncu addım da dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

ölkə.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin