Rusiyada koronavirusdan ölənlərin sayı 197 mini ötdü

14:09 - 18 Sentyabr 2021

Rusiyada koronavirusdan ölənlərin sayı 197 mini ötdü

Rusiyada son sutka ərzində daha 20 329 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Manşet.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 254 754 nəfərə çatıb.
Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 197 425 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin