Bakı-Xırdalan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ötən gün baş verib:
"Hadisə zamanı dörd avtomobil - pikap, iki "Mersedes-Benz” və "Opel” toqquşub. Xəsarət alan yoxdur”.