Ronalduya ŞOK: Qoyunlar başına bəla oldu - 14 milyonluq villadan köçdü - FOTOLAR

12:12 - 18 Sentyabr 2021 - DÜNYA

Qoyunlar Ronaldunun başına bəla oldu: 14 milyonluq villadan köçdü - FOTOLAR

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldu Mançesterdə yaşadığı 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanədən köçmək məcburiyyətində qalıb.

 

Manset.az xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcina Rodriges və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronaldu ilə ailəsi onların səsindən narahat olduqları üçün köçmək qərarına gəliblər.

Futbolçu bu bu haqda “The Sun” nəşrinə verdiyi müsahibəsi zamanı bildirib:

“Yaşadığımız malikanənin mənzərəsi çox gözəldir. Ətraf yaşıllıqlarla doludur. Buna görə də villanın yerləşdiyi ərazidə çoxlu qoyunlar olur. Qarşıdakı yoldan isə evin içi tamamilə görünür. Qoyunların səsi isə bizi yuxudan oyadır. Bu narahatlıq səbəbindən evdən köçmək qərarına gəldik”.

Bundan sonra Ronaldu Mançester şəhərində yerləşən 3 milyon funt-sterlinq (təxminən 7 milyon AZN) dəyərində olan evinə yerləşib. Onun yeni malikanəsinin 7 yataq otağı, kino zalı və geniş hovuzu var.



Loading...

Xəbər xətti

26 Oktyabr 2021