Fatih Terim Bakıda
15 Noyabr 2024
08:08 - 18 Sentyabr 2021
Pandemiyaya qarşı hökümətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir.
Manset.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməsidir. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın işləməməsinin məntiqi izahı yoxdur. İctimai nəqliyyatın işləməməsindən isə ən çox əziyyəti aztəminatlı ailələr çəkir.
Millət vəkili düşünür ki, problem öz həllini tapmazsa, məktəblər açılanda vəziyyət daha da ciddi hal alacaq.
Fazil Mustafa təklif edir ki, vəziyyətdən çıxış yolu kimi həftəsonu avtobusların iş saatı azaldıla, ictimai nəqliyyat saat 18:00-a qədər işləyə bilər.
O, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin