Mingəçevirdə idarəetmədən çıxan avtomobil aşdı – FOTO

23:57 - 17 Sentyabr 2021

Mingəçevirdə idarəetmədən çıxan avtomobil aşdı – FOTO

Mingəçevirin yeni köçkün şəhərciyinin önündən keçən yolda avtomobil qəzası baş verib.

Hərəkətdə olan “VAZ 2199” markalı maşının önünə anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub.

Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişməyə məcbur olub. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb.

Sürücü və maşında olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 APA


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin