Rəsmi Bakıdan Fransaya NOTA
8 Noyabr 2024
22:54 - 17 Sentyabr 2021
Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan müqavimət qüvvələri ilə radikal "Taliban" hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək.
Manşet.az-ın xəbərinə görə, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Pakistanın baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.
“Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır", - İ.Rəhmon deyib.
Qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.
Bundan əvvəl Əfqanıstanın "Tolo News" telekanalı bildirib ki, Pəncşir əyalətinə gedən yollar yenidən açılıb və telekommunikasiya xidmətləri bərpa edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin