Millimiz məğlubiyyətlə başladı

22:34 - 17 Sentyabr 2021

Millimiz məğlubiyyətlə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxıb.

Manşet.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Rusiya ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Azərbaycan millisi seçmə mərhələnin E qrupunda Rusiya ilə yanaşı, Danimarka, Bosniya və Herseqovina, Monteneqero və Malta ilə mübarizə aparacaq.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
17 sentyabr

Rusiya – Azərbaycan 2:0
Qollar: Marina Fedorova, 42. Nelli Korovkina, 75.
Baş hakim: Viola Raudzina (Latviya)


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin