Bakıdan Şarm əl-Şeyxə reyslərin sayı artırılır

18:03 - 11 Avqust 2023

Bakıdan Şarm əl-Şeyxə reyslərin sayı artırılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

 

Manset.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin