Neftimiz bahalaşmaqda davam edir

09:33 - 11 Avqust 2023

Neftimiz bahalaşmaqda davam edir

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolları və ya 0,4 % artaraq 91,19 dollara yüksəlib.

Xatırladaq ki, ötən gün “Azeri Light” (CIF) 91,15 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin