Kafedə işləyən tələbəni iş yoldaşı qətlə yetirdi

18:52 - 17 Sentyabr 2021

Kafedə işləyən tələbəni iş yoldaşı qətlə yetirdi

Mingəçevir şəhərində tələbəni qətlə yetirməkdə təqsirli bilinən Kənan Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Manşet.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 1-nə təyin olunub.

Xatırladaq ki, iyulun 4-ü saat 01 radələrində Mingəçevir Dövlət Universitetinin tələbəsi, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıq və təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin