Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

18:23 - 17 Sentyabr 2021

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Manşet.az xəbər verir ki, hadisə Şirvan şəhərinin “Qarasu OYL” şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib.

Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexdə kranın dəmir qarmağı dəyib.

Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

APA


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin