Nazir Sumqayıta gedəndə yolları bağlayıblar? - RƏSMİ AÇIQLAMA

17:17 - 17 Sentyabr 2021

Nazir Sumqayıta gedəndə yolları bağlayıblar? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Manset.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir.

"Halbuki elə dərc olunan məlumatın içərisində də Daxili Işlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib. Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibi vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır? Belə xəbər, belə jurnalistika olurmu? Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar? Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır. Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil", - nazirlik rəsmisi vurğulayıb.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin