Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
14:26 - 20 İyun 2021
Ermənistan polisi Sisianda "Ermənistan” blokunun mərkəzi qərargahında axtarışlara başlayıb.
Manset.az xəbər verir ki, Bu barədə Ermənistan mətbuatı şəhər meri Artur Sarkisyana istinadən yazıb.
Merin sözlərinə görə, həmçinin Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” blokunun qərargah rəhbərlərinin evlərində də axtarışlar aparılır.
Qeyd edək ki, buna qədər paytaxt İrəvan ərazisindəki inzibati rayonların birində seçicilər seçki məntəqələrinə yollanarkən "Ermənistan” blokunun lideri Robert Koçaryanın əleyhinə vərəqələrlə qarşılaşıblar.
Küçələrə səpələnmiş yüzlərlə vərəqədə Robert Koçaryanın şəkli olub və üzərində "ermənilərin qatili” yazılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin