Daşkəsənə dolu düşdü, elektrik enerjisi kəsildi

16:45 - 17 Sentyabr 2021

Daşkəsənə dolu düşdü, elektrik enerjisi kəsildi

Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb.

 

Manset.az-ın  "Report"a istinadən məlumatına görə, günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib.

Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb.

Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub.

Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin