Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
11:06 - 4 Avqust 2023
Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.
Millət vəkili Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, dünya birliyinə inteqrasiyada Azərbaycan fəal iştirak edir:
“Hazırda beynəlxalq münasibətlər sistemində ciddi dəyişiklik baş verməkdədir. Bu dəyişikliklər sistemli xarakter daşıyır və mahiyyət etibarilə beynəlxalq münasibətlər sisteminə yeni keyfiyyət qazandırır. Ona görə də baş verən prosesi bəziləri yeni dünya nizamı, bəziləri qloballaşmanın yeni mərhələsi, bir qisim təhlilçilər bunu dünya dövlətlərinin qarşılıqlı şəkildə inteqrasiyasının yeni bir mərhələsi kimi xarakterizə edirlər. Ancaq buna necə ad qoyulursa qoyulsun fakt ondan ibarətdirki, dünyada beynəlxalq münasiətlər sistemində geriyə dönülməsi mümkün olunmayan, dövlətlər arası, eyni zamanda beynəlxalq təşkilatlar arasında yeni müasibətlər formalaşır. Bu təkcə siyasi platformada deyil, hüquqi, hərbi-siyasi, diplomatik platformalarda da bənzər proseslər baş verir.
Bu yeni tarixi mərhələdə Azərbaycan çox fəal iştirak edir. Özünün əlverişli coğrafiyasını beynəlxalq münasibətlərdə əməkdaşlıq üçün mühim bir platformaya çevirməyi bacarıb. Özünün yaratdığı qlobal layihələrlə çoxsaylı və çoxşaxəli iqtisadi əməkdaşlıq platforması ilə bir kommunikasiya qovşağına çevirməyi bacarıb”.
Deputat qeyd edir ki, Azərbaycan özünün məhdud strateji coğrafi mövqeyini qlobal münasibətlər sisteminin cazibə mərkəzinə çevirib:
“Əsas etibarı ilə strateji layihələr okeana və okeanan çıxışı olan dənizlərə dövlətlərn vasitəsilə bu cür əməkdaşlıqlar həyata keçirilir. Biz bilirik ki, Azərbaycan qapalı Xəzər dənizi sahillərində yerləşir. Bakının okena açıq dənizlərə çıxışı yoxdur. Amma həyata keçirdiyi dərin starateji diplomatiya sayəsində Azərbaycan bunu müxtəlf komunikasiya layihəri ilə konpensasiya edir. Artıq Azərbaycan nefti Xəzər dənişindən Ağ dənizə gedir. Ağ dənizdə okeana çıxışı olan və Cənubi Şərqi Asiya ilə Avropanı birləşdirən su hövzəsidir. Həmçinin, Qara dənizə çıxış var. Azərbaycan bu uzaq görən mövqeyi ilə regionu əməkdaşlıq platformasına çeviribdir. Regionda müstəqil siyasi iqtisadi platforma yaradaraq Cənubi Qafqaz iqtisadiyyatının əsasını təşkil etməyi bacarır. Regional təşkilatlarda effektiv iştirakçılığı ilə ətrafına böyük tərəfdaşlar toplayıb. Şuşada keçirilən beynəlxalq konfransada Azərbaycan prezidenti dedi ki, biz yeni yaranacaq dünya nizamında Türk Dövlətləri Təşkilatları ilə bilikdə güc məzkəzlərindən birinə çevrilə bilərik. Yəni bu vizyon Azərbaycanın 21 əsr baxışıdır. Çünki həm beynəlxalq münasibətlərin aktoru kimi milli dövlət olaraq bu əlaqələri qurur, həm əsası Naxçıvanda qurulmuş Türk dilli dövlətlərin Əməkdaşlıq Şurası adı ilə yola çıxmış və 2021-ci ildə İstanbulda instutlaşmış təsisata çevrilən Türk Dövlətləri Təşkilatına qədər bir yol keçməklə belə bir regional təşkilat yaratmağ bacarıb. Eyni zaçanda Qoşulmama Hərəkatı ilə, BMT-nin müxtəlif strukturları ilə əlaqələri Azərbaycan yeni səviyyələrə qaldıraraq yeni nümunələr yarada bilib. Milli dövlətlə beynəlxalq təşkilatlar arasında münasibətlərin yeni nümunəsini formalaşdıra bilib. Bu Avropa İttifaqına münasibətdədir. Çünki Avropa İttifaqına üvz olan 27 ölkənun 3də biri Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan diplomatıyasının dünya siyasətinə gətirdiyi yeniliklərdir. Bu Azərbaycanın millli maraqlarına xidmət edir. Ona görə də önümüzdəki mərhələdə bu proses artıq dərinləşməkdədir”.
Millət vəkili Aydın Mirzazadə bildirib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var:
“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyində özünün layiqli yerini tutmağa çalışdı. Bütün dövlətlər dünya birliyində var, amma o baxır dünya birliyində hansı nüfuza maliksən. Digər dövlətlərlə əlaqələrin, böyük dövlətlərin səninlə əməkdaşlıqda maraqlı olması dünya birliyində proseslərdə əks olunur. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bu istiqamətdə çox ciddi dəyişikliklər oldu. İlk növbədə Azərbaycan özünün dostlar sistemini qura bildi. Buna misal olaraq, qardaş Türkiyə və Ermənistandan başqa yaxın qonşularla münasibətlərin inkişaf etdirilməsini misal olaraq göstərə bilərik. Həmçinin, Avropa birliyi ölkələri, ABŞ, Çin, Rusiya ilə münasibətlərin qurulması da mühim əhəmiyyət kəsb edirdi”.
Aydın Mirzəzadə hesab edir ki, bu gün Azərbaycan əməkdaşlıq üçün arzu olunan ölkələdən biridir:
“Azərbaycan Avropa kimi nəhəng siyasi qütbün enerji təhlükəsizliyinin təmin ediməsində ciddi rol oynayır. Azərbaycansız Qafqaz və Şərq ölkələri yoxdur. Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların nizamnaməsinə uyğun olaraq səmərəli fəaliyyəti həmişə öz töhfəsini verib. Azərbaycanın BMT şurasının qeyri-daimi üzvlərindən biri seçilməsi, 2019-cu ildə 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatınn sədri olması, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycaanın milli maraqlarına, həmçinin, islam dünyasının maraqlarına cavab verən qərarların qəbul edilməsi ilə ölkəmiz dünyada əməkdaşlığın inkişaf etdirilməsinə daim öz töhfəsini verib.
Buna koronavirus panepidemiyası dövründə Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması üçün verdiyi təşəbbüs də aiddir. Ölkəmizin səmərəli rəhbərliyinə görə 2 il dalbadal onun sədrliyi bir il də artırıldı. Təşkilatın 62 illik tarixində ancaq Misir Azərbaycandan bir il çox, 6 il təşkilata sədrlik edib”.
Deputat vurğulayıb ki, Azərbaycanın 44 günlük Qarabağ döyüşündəki tarixi qələbədən sonra regionda yeni reallıqlar yaranıb:
“Azərbaycan vətən müharibəsində ərazi bütövlüyünü təmin edəndən sonra, bu il aprelin 23-də Laçında sərhəd buraxılış məntəqəsi quraraq sərhəd bütövlüyünü təmin etdi. Yeni bir reallıq yaratdı. O realllıq ondan barətdir ki, bu gün Azərbaycan özünün suveren hüquqları ilə bağlı dominant mövqedədir. Bu gün Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir”.
Millət vəkili hesab edir ki, humanitar sahədə də Azərbaycanın fəaliyyəti kifayət qədər böyükdür:
“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Burda nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Artıq 10 ilə yaxındır Azərbaycanda Formula 1 yarışı keçirilir. Bu dünyanın cəmi 24 ölkəsində keçirilir. Avropa oyunları, İslam Həmrəylik Oyunları və Avropanın çempionlar liqasının final oyununun Azərbaycanda keçirilməsi dünyada böyük marağa səbəb oldu. 2 ildən sonra Azərbaycanda MDB ölkələri oyunları keçiriləcək. Bu da Azərbaycanın nüfuzundan xəbər verir. Bir sözlə Azərbaycan dövlətçiliyi möhkəm əsaslar üzərində qurulub. Cənab prezidentimizin milli maraqlarımıza cavab verən beynəlxalq hüquqa uyğun olan daxili və xarici siyasəti Azərbaycanı dünya siyasətinin aparıcı, nüfüzlü və sözü eşidilən bir ölkəyə çevrilməsinə səbəb olub”.
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin