"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm" - Sevgilisi

11:37 - 17 Sentyabr 2021 - KRİMİNAL

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub.

 

Manset.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:

"Vüqarın yanında "ana" sözü deyəndə, gözündən yaş axırdı. Vüqar evlənmədi, deyirdi anam qol qaldırıb oynamayacaqsa, elçi getməyəcəksə, başında xonça gəzdirməyəcəksə, o toyu nə edirəm? Anası 50 illik yubileyi günü insult keçirdi. Vüqarın belini anasının dərdi bükdü. Deyirdi, iki dünya bir araya gələ, Allah mənə ana dərdi göstərməsin. Anasına dözə bilmədi".

Samirə bildirib ki, Vüqarın ölüm səbəbi ilə bağlı araşdırma aparır:

"O, öləndə biz danışmırdıq. Niyə rəhmətə getdiyinin səbəbini bilmirəm. Dedilər qanqrenadır. Buna inanmıram, inanmayacam. Əlimdə iş var, kitab ərsəyə gəlsin. Sonra mənəviyyat borcumu şərəflə ödəyəcəm. İddia qaldıracam, araşdırılması üçün müraciət edəcəm. Lazım gəlsə, ekspertiza tələb edəcəm. Buna görə mənə kimsə mane ola bilməz. Hazırda mən də hər kəs kimi qanqrenadan öldüyünü düşünürəm". 

"Vüqarın şanına yaraşmayan qadınlar qəbiristanlıqda hoqqa verir. Biri gedib qırmızı şalvarda şəkil çəkdirir, digəri reytuzla qəbirüstədir. Tatujla qaşıyla gedir onun qəbri ilə foto qoyur" deyə, Samirə gileylənib.


Loading...

Xəbər xətti

26 Oktyabr 2021