Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
19:17 - 16 Sentyabr 2021
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfəri başlayıb.
Manşet.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-da Şuşa şəhərinə gəlib.
Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq.
Faktaraşdırıcı missiya ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin