Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
18:49 - 16 Sentyabr 2021
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin universitetlərinə 2021-2022-ci tədris ilində qəbul olunmuş Azəraycan vətəndaşlarına müraciət edib.
Manşet.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.
“Bildiririk ki, şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub.
Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər.
Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - məlumatda qeyd olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin