Zaur Hacıbabayev qələbə ilə qayıtdı

18:16 - 01 Avqust 2023

Zaur Hacıbabayev qələbə ilə qayıtdı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə MMA Qlobal silsiləsindən qran-pri keçirilib. 

 

Manset.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib.

Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Hacıbabayev misirli döyüşçü Əhməd Əl-Tayeblə üz-üzə gəlib. 

Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv