Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)
3 Dekabr 2024
09:45 - 21 İyul 2023
İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.
Bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində bundan sonra daha böyük nailiyyətlər, daha böyük nəticələr gözlənilir. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə, ərazilərimizin işğaldan azad edilməsi bundan sonra ölkəmiz üçün əlavə dividentlər deməkdir. Ona görə ki, kifayət qədər böyük olan həmin o işğaldan azad edilən ərazilərin iqtisadi potensialı da olduqca böyükdür. İstər əkinçilik, istər meyvəçilik, istər heyvandarlıq və istərsə də hərhansı kənd təsərrüfatı sahəsinin inkişafı üçün həmin ərazilər yararlıdır və bu da ondan xəbər verir ki, həmin bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələ başlayıb.
Əlbəttə ki, Vətən müharibəsində əldə olunan tarixi qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyub. Heç şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından istifadə olunması ölkəmizin inkişafı üçün böyük təkan deməkdir və yeni inkişaf mərhələsi dedikdə də məhz bu nəzərdə tutulur. İqtisadi əlaqələrin və ticarət əlaqələrinin bundan sonra inkişaf etməsi ilə Cənubi Qafqazda Azərbaycanın rolu və statusu daha da artıracaq.
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Aydın Hüseynov Manset.az-a açıqlamasında bildirib ki, regionların inkişafına dair dövlət proqramları əhəmiyyətli sosial-iqtisadi dəyişikliklərə səbəb olub:
““2004-2008, 2009-2013 və 2014-2018, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası ölkə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin edilməsinə, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, paytaxt və bölgələr arasında tarazlığın bərpa olunmasına, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və digər sahələrdə mühüm uğurlar əldə edilib. Bu proqramın əsasında ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi və vətəndaşların məmnunluğu, dövlətimizin, xalqımızın maraqları dayanı
Millət vəkilinin sözlərinə görə, proqramların icrası sayəsində ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub:
“Qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verilmiş, sahibkarlıq mühiti daha da yaxşılaşmış, iqtisadiyyata investisiya qoyuluşları artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlib.
Qeyri-neft ixracının 2 dəfədən çox artması, xüsusilə də kənd təsərrüfatı ixracının həcminin 1 milyard dolları ötməsi bölgələrdəki iqtisadi resursların səfərbər olunaraq milli ixraca yönləndirilməsi siyasətinin bəhrəsidir. “Proqram ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayıb. Eyni zamanda, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Son 18 ildə on minlərlə sahibkara ümumi dəyəri 2 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Güzəştli kreditlərin 70 faizi regionların payına düşür”.
Aydın Hüseynov vurğulayıb ki, regionlarda aparılan məqsədyönlü siyasət nəticəsində əhalinin sosial rifahı güclənib:
“Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsinə düşüb. Regionların inkişafı proqramı ölkədə yeni müəssisə və iş yerlərinin sayının artırılmasına müstəsna əhəmiyyət kəsb edir. Bölgələrdə 2 milyondan artıq iş yerinin artırılması əhalinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynamqala onların sosial həyatında müsbət dəyişikliklərə səbəb olub. Dövlət Proqramının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Belə ki, gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb”.
A.Hüseynov qeyd edib ki, hazırda icrası davam etdirilən 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində regionlarda yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin