Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:53 - 16 Sentyabr 2021
Müğənni Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.
Manset.az milli.az-a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi gənclikdə yaşadığı ağır travmadan bəhs edib.
Sənətçi ölümdən döndüyünü deyib:
"Mənim hər iki əmim rayonda yaşayır. 25 yaşım olardı ki, əmilərimdən biri ticarətlə məşğul olmaq istəyirdi.
Bilirsiniz ki, həmin vaxtlar insanların çoxu ticarətlə məşğul olan zaman maddi ziyana uğrayırdılar. O, mənə təklif etdi ki, Qazaxda ortaq iş quraq. Kisələrlə şəkər tozunu ucuz qiymətə alıb baha qiymətə satmalı idik. Dostdan, tanışdan borc pul tapdım aldım. 4000 dollar düzəltdim.
Bakıdan aldığımız yükləri fəhlələr maşına doldurdu. İki avtomobillə biz rayona qayıdırdıq. Mən əmimin avtomobilində qabaqda oturmuşdum.
Əmimlə bir oğlan gəlmişdi, o da bizim maşında arxada oturmuşdu. Yük maşının sürücüsü yolda maşını saxlatıb dedi ki "Ürəyim sıxılır, gəlin biriniz oturun yanımda". Mən gedib onun yanında oturandan sonra əmimin avtomobilindəki oğlan öldü. Bu mənə ağır psixoloji sarsıntı yaratdı. Əsirdim məni tuta bilmirdilər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin