Kürdəmirdə qardaş 35 yaşlı bacısını qətlə yetirdi - RƏSMİ

11:16 - 16 Sentyabr 2021 - KRİMİNAL

Kürdəmir rayonunda bacısını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Manset.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Loading...

Xəbər xətti

26 Oktyabr 2021