Azərbaycanlı şagirdlər fransızları heyran qoydu - VİDEO

23:04 - 28 İyul 2023

Azərbaycanlı şagirdlər fransızları heyran qoydu - VİDEO

Fransanın paytaxtı Parisdə keçirilən STEM olimpiadasının Qlobal mərhələsində iştirak edən "Evrika" liseyinin şagirdləri 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıblar. Riyaziyyat və kimya, fizika, bioloiya nominasiyaları üzrə medallar qazanan şagirdlərimiz vətənə qayıdıblar.

Manset.az xəbər verir ki, müəllimləri və valideynləri tərəfindən böyük həyəcan və təmtəraqla hava limanında qarşılanan şagirdlər öz təəssüratlarını bölüşüblər.

114 ölkədən 11 min şagirdin iştirak etdiyi yarışda uğur qazanan "evrikaçı"lar uğurlarında müəllimlərinin rolunu xüsusi vurğulayıblar.

Liseyin direktor müavini Günel Qafarova "Evrika" liseyinin rəhbərliyi adından şagirdləri və valideynləri təbrik edib.   
Onu da qeyd edək ki, bu uğur "Evrika" liseyinin şagirdləri üçün ilk deyil. Bundan öncə də bir sıra olimpiyadaların qalibi olub, vətənə çoxsaylı medallarla dönüblər.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin