Sabahkı hava ilə bağlı sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

17:50 - 28 İyul 2023

Sabahkı hava ilə bağlı sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

Küləkli hava şəraiti ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edilib.

 

Manset.az əbər verir ki, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində müşahidə olunacaq güclü küləklə əlaqəli DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin