"Bazel"in futbolçusu: "Qarabağ"ı yetərincə analiz etmişik"

20:14 - 15 Sentyabr 2021

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik".

Manşet.az-ın məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin futbolçusu Eray Cömert Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin