Mirzoyan COP29-a dəvət olundu
26 Oktyabr 2024
17:41 - 15 Sentyabr 2021
Xəbər verdiyimiz kimi, Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin