Hazırda epidemioloji vəziyyət müsbətdir – Baş İNFEKSİONİST

17:27 - 15 Sentyabr 2021

Hazırda epidemioloji vəziyyət müsbətdir – Baş İNFEKSİONİST

“Birmənalı olaraq bugünkü epidemioloji vəziyyəti müsbət qiymətləndirirəm”.



Manset.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bunun üçün əsaslar var:

“Birinci növbədə yoluxma hallarının sayında olan azalmaları görürük. Digər tərəfdən isə sağalan insanların sayı artıq  yeni yoluxanların sayını üstələyib.  Bu, hər gün aktiv xəstə sayının azalmasında, yəni xəstəxana yükünün azalmasında özünü göstərir. Ən əsası isə götürülən test saylarına nisbətdə pozitiv halların sayı daha aşağı düşür”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin