За что на Урале зверски расправились с 7-летним мальчиком
Эксперт о том, что произойдет в паре Лепса и юной девочки

Şuşa Forumunda feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

10:57 - 23 İyul 2023

Şuşa Forumunda feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun üçüncü günü panel müzakirə ilə davam edir.

 

Manset.az xəbər verir ki, Forumun "Mediada investisiya və istehlak tendensiyaları" adlı sessiyasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunur.

Forumun sessiyasında iştirakçılar media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparırlar.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.


Xəbər xətti

8 Aprel 2025
Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком
СМИ: В британской королевской семье произошла трагедия.
В СМИ раскрыли почему жена Буйнова избегает выходы в свет
На экс премьер-министра Англии совершили нападение
В России только спустя год нашли тело парнишки
В Москве суд откроет дело о передаче "Домодедово" властям
Какие выплаты будут повышены в России и кому ?
"Все они ждали, чтобы моя жена-инвалид умерла прямо в эфире"
Если вы переезжаете в России и не сообщили об этом — штраф

Ən son xəbərləri səhifəmizdən də izləyin