Bu yaxınlarda rəsmi Stokholmun razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücum ediblər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
İsveçin Bağdaddakı diplomatik missiyasının nümayəndələri agentliyin insidentlə bağlı şərh istəməsinə cavab verməyiblər.
Qeyd edək ki, buna qədər İsveç polisi İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.
Qalmaqallı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. İyulun 19-da Stokholm polisi İraq səfirliyi qarşısında oxşar nümayişin keçirilməsi ilə bağlı müraciəti təmin edib.